AZ

“Kapital Bank”da yeni təyinatlar

Ajans.az xəbər verir ki  Cavid Mirzəyev 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2006-2009-cu illərdə isə “İqtisadiyyatın dövlət tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi alıb. 2018-2020-ci illərdə London Biznes Məktəbində (London Business School) Executive MBA proqramını bitirib. O, karyerasına Azərbaycan Mərkəzi Bankında iqtisadçı olaraq başlayıb və Bank Nəzarəti departamentinin Xarici nəzarət şöbəsinin müdiri vəzifəsinədək yüksəlib. 2014-cü ildən etibarən fəaliyyətini “Kapital Bank” ASC-də davam etdirir. Bu müddət ərzində o, bankda Risklərin idarə edilməsi departamentinin direktoru və Baş Risk İnzibatçısı vəzifələrində çalışıb. 2019-cu ildən etibarən bankın İdarə Heyətinin üzvüdür. Müşahidə Şurasının növbəti qərarı ilə bankın Təşkilati risklər və informasiya təhlükəsizliyi ofisinin lideri Ağarza Baxşiyevə də yeni səlahiyyətlər həvalə olunub. Belə ki, o, bankdakı fəaliyyətini İdarə Heyətinin üzvü Baş Risk İnzibatçısı olaraq davam etdirəcək. Qeyd edək ki, Ağarza Baxşiyev 2006-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında “Beynəlxalq İqtisadiyyat” ixtisası üzrə bakalavr təhsili alıb. Magistr təhsilini 2010-2013-cü illərdə Lozanna Universitetində (Université de Lausanne, İsveçrə) iqtisadiyyat üzrə tamamlayıb. Karyerasına 2007-ci ildə bank sektorunda başlayan Ağarza Baxşiyev 2012-2014-cü illərdə “Unibank”, 2014-2015-ci illərdə isə “DemirBank”da rəhbər vəzifələrdə çalışıb. 2015-ci ildən etibarən fəaliyyətini “Kapital Bank” ASC-də davam etdirir. Bu müddət ərzində o, ERM və Analitik şöbəsinin rəhbəri, Risk İdarəetmə üzrə direktor müavini və direktor, Təşkilati risklər və informasiya təhlükəsizliyi ofisinin lideri kimi fəaliyyət göstərib.

Yeni qərarın ardından “Kapital Bank”ın İdarə Heyəti Fərid Hüseynovun rəhbərliyi ilə yeddi nəfərdən ibarət tərkibdə fəaliyyətini davam etdirəcək.

Seçilən
9
13
Ajans.az

3Mənbələr