AZ

DİN: "Sputnik-Azərbaycan”da əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var - FOTOLAR - YENİLƏNDİ

BAKI, 30 iyun. TELEQRAF

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi (DİN) araşdırmalara başlayıb.

Bu barədə Teleqraf-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.

Əlavə məlumat veriləcəkdir.

***

17:22

Daxili İşlər Nazirliyinin Bakıda "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat başa çatıb.

Teleqraf-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, iki nəfər saxlanılıb.

Onlar binadan çıxarılaraq polis avtomobilində məhkəməyə aparılıblar. Hər iki şəxs barəsində həbs qəti imkan tədbirinin seçiləcəyi gözlənilir.

***

16:22

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat davam edir.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, agentliyin əməkdaşları fəaliyyət göstərdikləri ofisə dəvət edilib.

Binaya kənar şəxslər buraxılmır.

Agentliyin 18 nəfər əməkdaşının dindirilmə üçün müvafiq polis şöbəsinə aparılacağı gözlənilir.

Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı da hazırda ərazidədir.

***

12:57

"Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.

Daxili İşlər Nazirliyi (DİN) Teleqraf-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib. Bildirilib ki, əməliyyatla bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılsa da, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.

Seçilən
17
50
teleqraf.com

10Mənbələr