Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi sümük iliyi transplantasiyası xidmətini 4 milyon 918 min manata təkmilləşdirəcək.
Teleqraf xəbər verir ki, bir mənbədən reallaşan satınalma nəticəsində bu vəsait Türkiyə Respublikasının Anadolu Sağlıq Mərkəzinə (ASM) ödənəcək.
“Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxs 2022-ci ildə yaradılıb. Mərkəzin nizamnamə fondu 300 000 (üç yüz min) manat təşkil edir.