AZ

Azərbaycan və Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib, protokol imzalanıb (FOTO)

Bakı. Trend:

30 iyun 2025-ci il tarixində Bakı şəhərində AzərbaycanRespublikasının Xarici İşlər Nazirliyi və Ukrayna Xarici İşlərNazirliyi arasında sayca yeddinci konsulluq məsləhətləşmələrikeçirilib.

Bu barədə Trend-ə XİN-dən məlumat verilib.

Bildirilib ki, konsulluq məsləhətləşmələrində Azərbaycannümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlərNazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Ukraynanümayəndə heyətinə isə Ukrayna Xarici İşlər Nazirliyinin Konsulluqxidməti departamentinin rəisi Vladislav Kanevski rəhbərlikedib.

Məsləhətləşmələrdə Azərbaycan Respublikasının Baş Prokurorluğu,Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi,Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidmətininrəsmiləri, o cümlədən, Azərbaycan Respublikasının UkraynadakıSəfirliyinin və Ukraynanın Azərbaycan RespublikasındakıSəfirliyinin əməkdaşları da iştirak edib.

Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasındaəlaqələrin hazırkı vəziyyəti və perspektivləri, ikitərəflimüqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirəedilib.

Azərbaycan Respublikasının və Ukraynanın vətəndaşlarının hüquqvə qanuni mənafelərinin qorunması istiqamətində əməkdaşlığıngenişləndirilməsi məsələlərinə toxunulub, konsulluq sahəsindərəqəmsal xidmətlərin və proseslərin tətbiqinə dair qabaqcıl təcrübəüzrə, həmçinin hər iki ölkənin viza-miqrasiya siyasəti barəsindəfikir mübadiləsi aparılıb.

Tədbirin yekununda məsləhətləşmələr çərçivəsində keçirilmişmüzakirələrin nəticələrinə dair protokol imzalanıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
28
50
az.trend.az

10Mənbələr