AZ

Maşını yolun ortasında saxlayıb sərnişin mindirdi, hərəkəti iflic etdi 10 SZ 505 VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxtın Xətai prospektində qayda pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 30-da saat 17:26 radələrində qeydə alınıb. Belə ki, 10-SZ-505 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yolun ortasında saxkayaraq hərəkəti məhdudlaşdırıb. Kadrdan da göründüyü kimi, o, yolu keçən piyadaları gözləyib və  ardınca onları maşınına mindirib. Nəticədə qayda pozan sürücü arxadan gələn nəqliyyat vasitələrinin yolunu kəsərək onları bir müddət gözlədib.

Qeyd edək ki, sərnişinlərin minib-düşməsinə yalnız yolun sağ kənarından icazə verilir. Əks halda inzibati məsuliyyət yaradır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
avtosfer.az

1Mənbələr