AZ

Rusiya miqrantları zorla Ukraynaya göndərməklə 2 “quş vurur” - qisas və zərərsizləşdirmə...


Azərbaycanlı miqrantlara divan tutmaqla Moskva Bakıdan qisas alır

Son zamanlar Rusiyada baş verənlər milli ayrıseçkilik, sövinizmin və diskriminasiyanın bariz nümunəsidir. Yalnız azərbaycanlılara qarşı deyil, bütün etnik qruplara qarşı bu cür əməliyyatlar dövlət orqanları tərəfindən mütəmadi olaraq həyata keçirilir.

Miqrantları müxtəlif vasitələrlə həbsə atıb onlara təklif edirlər ki, ya müqavilə bağlayıb müharibəyə getməlisən, ya da aylarla miqrant həbsxanasında çürüyəcəksən. Hətta onları ailə üzvləri ilə təhdid edirlər ki, müharibəyə getməyə razılaşsın.

Rusiya polisi və digər hüquq-mühafizə orqanları miqrantlarla barbarcasına davranır, hətta onları məhkəməsiz və ittahamsiz döyərək öldürürlər. Yekaterinburqda 10-dan çox azərbaycanlı ailəyə edilən OMON basqını zamanı beş nəfərin öldürüldüyü barədə məlumat var. Hadisə şahidlərinin sözlərinə görə, ölümcül vəziyyətdə reanimasiyaya götürülənlər və itkin düşənlər də var.

Ukrayna müharibəsində sıxışdırılan Rusiyanın miqrantları, başqa millətdən olan vətəndaşları qisas və qərəz zəminində Ukrayna müharibəsinə zorla yollaması nədən xəbər verir? Bu o demək deyilmi ki, Rusiyanın resursları artıq tükənib? Moskvanın hərbi gücsüzlüyünü miqrantları zorla müharibəyə göndərməklə ört-basdır etmək cəhdi nə dərəcədə ağıllı siyasət sayıla bilər?

Yekaterinburqda baş verənlər, əlbəttə, çox dəhşətli hadisələrdir. Bu hadisəni hansısa bir cinayətkar banda törətsəydi, bəlkə də başadüşülən olardı. Lakin bu cinayət hadisəsini Rusiya Daxili İslər Nazirliyinin OMON dəstəsi törədib. Yəni dövlət orqanı dövlətin özünün təsbit etdiyi qanunları pozaraq, heç bir order olmadan vətəndaşların mənzilinə soxulub, axtarış aparıb, vətəndaşlara qarşı zor tətbiq edilib, döyülub, söyülüblər. Daha sonra bu proses polis şöbəsində davam etdirilib. Bu, dövlət orqanları tərəfindən qanunun ayaqlar altına atılmasıdır. Eyni zamanda bu, milli, dini və irqi diskriminasiyadır. Çünki bu adamlar məhz azərbaycanlı olduqlarına görə döyülub və öldürülüblər. Nəzərə almaq lazımdır ki, polisin əlindəki alibi 25 il əvvəl törədilmiş cinayətdən ibarətdir. Belə cinayətlərin istintaqı aylarla aparılır və nəticəyə gəlinir.

Zərərçəkmiş hadisə şahidlərinin dediyinə görə, polis nəfərləri onları döyərkən deyirmişlər ki, nəyə görə siz müharibəyə getmirsiniz, müharibəyə yardım etmirsiniz? Zərərçəkmis isə cavab verib ki, bir həftə əvvəl müharibəyə 30 min rubl yardım edib. Polis nəfəri isə cavab verib ki, sən milyonlar qazanırsan, 30 min rubl nə məbləğdi ki, onu mənim gözümə soxursan?

Bu mükalimələrdən də aydın olur ki, polisi yüksək hakimiyyət orqanları bu hədəfə yönəldib.

Yekaterinburqdakı polis basqını zamanı və sonradan verilən işgəncələrdə 5 nəfərin öldüyü, onlarla adamin reanimasiyaya yerləşdirildiyi bildirilir. Ölənlərin sayı dəqiq bəlli deyil, artma ehtimalı böyükdür.

Moskva hakimiyyəti bu əməliyyatı keçirməklə - Rusiya vətəndasları olan soydaşlarımıza qarşı zorakılıq tətbiq etməklə Azərbaycan hakimiyyətindən qisas alır. Putin həzm edə bilmir ki, Azərbaycan hakimiyyəti ondan Qroznı üzərində vurulan sərnişin təyyarəsinin haqq-hesabını sorur, günahkarların cəzalandırılmasını və zərərçəkmişlərə kompensasiya ödənilməsini tələb edir. Kremli qəzəbləndirən digər məqamlar Bakıda "Rus Evi"nin bağlanması, prezident İlham Əliyevin 9 may paradında iştirak etməməsi və digər məqamlardır. Bütün bunlara görə əvvəl Azərbaycana qarşı hücumlar ictimai qaydada təşkil edildi. Daha sonra deputatlar və siyasətçilər hücuma keçdi. Ardınca Azərbaycan deputatını Rusiya sərhədlərindən geri qaytardılar.

İndi isə Kreml administrasiyası bu qisasdan başqa istiqamətdə də istifadə edir. Belə ki, azərbaycanlı miqrantları və soydaşlarımız olan Rusiya vətəndaşlarını əsassıž olaraq Ukrayna müharibəsinə göndərirlər. İş adamlarının kartlarını və bank hesablarını dondururlar.

Hazırda Rusiyanın cəbhədə itkilərinin həcmi artır, ruslar isə müharibəyə getmək istəmir. Putin bu boşluğu əməkçi miqrantlar hesabina doldurmağa çalışır. Amma bu istiqamətdə də Rusiya heç bir uğur qazana bilməz. Çünki əməkçi miqrantlar cəbhədə heç də peşəkar döyüşçünu əvəz edə bilməz. Lakin Putinin başqa çıxış yolu da yoxdur. Rusları zorla, kütləvi şəkildə müharibəyə göndərmək sosial partlayışa və hakimiyyət böbranına gətirib çıxara bilər. Bunun qorxusundan hakimiyyət "əməkçi miqrant" kartından istifadə edir. Əvvəl miqrantlara "etnocinayətkar" damğası vururlar, sonra isə onlara təklif edirlər ki, ya azad olub cəbhəyə yollan, ya da dözülməz rus turməsində işgənçə yaşa! Belədə isə Rusiya cəbhəyə göndərmək üçün "canlı qüvvə" qazanır. Bu canlı qüvvə isə Ukrayna döyüşçülərinin nişangahı olmaqdan savayı heç nəyə yaramır.

Akif NƏSİRLİ

Seçilən
3
baki-xeber.com

1Mənbələr