AZ

Səfərov qardaşlarının dəfn yeri açıqlandı

"Həm kədərliyəm, həm qürurluyam. Oradakı doğmalaırm zülm altındadırlar, bəziləri həbsdədir. Amma dövlətimizin də şəfqətli, qüdrətli əli onların üstündədir. Mən bundan əminəm".

"Unikal" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiyada qardaşları qətlə yetirilən jurnalist Seyfəddin Hüseynli söyləyib.

"Cənazələrimiz təhvil verildi. Artıq Vətən ərazisində, Vətən torpağındadırlar. Onlaırn nəşi sabah Ağcəbədi rayonunda öz ata-analarının yanında müqəddəs Vətən torpağına tapşırılacaq.

Dövlətimizin qayğısı diqqəti sayəsində uyğun strukturlar tərəfindən yüksək səviyyədə həyata keçirildi. Azərbaycanın iki ləyaqətli övladı artıq cənazə kimi vətənə qovuşublar. Tarixən biz çox qurbanlar vermişik. Təəssüf ki, bu qurbanların çoxunu Rusiya zülmünə vermişik. 

Dövlətimizin möhtərəm rəhbərinin müdrik siyasəti mənə böyük ümid verir. Dövlətimizin başçısına ürəkdən minnətdaram. 

Dərin kədər içində olsam da xalqımıza başsağlığı verirəm. Çünki bu, bizim xalqımıza qarşı tutulmuş bir divandır. 

Sağ olsun Azərbaycan dövləti!", - deyə S.Hüseynli qeyd edib.

Seçilən
2
unikal.az

1Mənbələr