AZ

"Mançester Yunayted" futbolu tərk edən Conni Evansa klub daxilində vəzifə verib

Bakı. Trend:

"Mançester Yunayted" 2024/2025 mövsümünün sonunda futbolçukaryerasını başa vuran Conni Evansa klub daxilində vəzifəverib.

Trend xəbər verirki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

37 yaşlı sabiq müdafiəçi komandanın icarə və inkişaf şöbəsinərəhbərlik edəcək. O, klubun direktoru Ceyson Uilkoksun rəhbərliyialtında fəaliyyət göstərəcək.

Qeyd edək ki, Conni Evans "Mançester Yunayted"in heyətində 241oyuna çıxıb. O, üç dəfə Premyer Liqanın qalibi olub, həmçinin UEFAÇempionlar Liqası və klublararası dünya çempionatında da titulqazanıb.

Seçilən
35
az.trend.az

1Mənbələr