BAKI. 30 iyun. TELEQRAF
“Biz mindən çox pilotsuz uçan aparatı zərərsizləşdirmişik və şəhərlərimizə atılan raketlərin təxminən 90 faizini ələ keçirmişik”.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon bildirib.
Onun sözlərinə görə, İsrail döyüşlər zamanı heç bir təyyarə itirməyib.