Ukrayna “Şahed” kamikadze dronlarına qarşı yeni texnologiya əsasında hazırlanmış perexvat (müdaxilə) sistemlərini istifadəyə verməyə hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın vitse-premyeri Mixail Fyodorov Ukrainska Pravda-ya müsahibəsində bildirib.
“Son bir neçə ildə həll edə bilmədiyimiz texnoloji irəliləyişlər baş verib. Rusiya bu cür məhsullara texnoloji cəhətdən çata bilərmi – bilmirəm. Amma Qərbin elmi mühiti ilə bizim – Ukraynanın – birliyi bu nəticəni verdi. Yaxın 3 ayda görəcəyik: bu texnologiya işləyir, ya yox”, – deyə Fyodorov vurğulayıb.
Natiq Səlim,
KONKRET.az