AZ

Xəbəri eşitdilər, əl-aya düşdülər - Tezliklə “Zirə”nin qapısını rəsmi təkliflə döyəcəklər

“Konyaspor” “Zirə”nin futbolçusu Salifu Sumanın transferində israrlıdır.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Superliqa təmsilçisi 21 yaşlı vingerin komandanın aparıcı simalarından birinə çevriləcəyinə inanır.

Suma ilə bağlı rəhbərliyə raport verən Konya klubunun skautları onun yeganə çatışmazlığının müdafiəyə lazımi dəstəyi verməməsi olduğunu vurğulayıb. Ancaq əvəzində texniki bacarıqları sayəsində təkbətək mübarizələrdəki üstün tərəfi, cərimə meydanına reydləri və bitiriciliyi türkiyəliləri valeh edib.

Xəbərdə o da əlavə olunub ki, qvineyalı vinger Rusiya, Ukrayna və digər ölkələrdən də təkliflər alıb.

Bunu nəzərə alan “Konyaspor” rəhbərliyi qısa zamanda transferi reallaşdırmaq niyyətindədir. Bu səbəbdən Türkiyə komandası tezliklə “Zirə”nin qapısını rəsmi təkliflə döyəcək.

2024-2025 mövsümündə Premyer Liqada 34 oyunda 12 qol vuran Salifu Sumanın “Zirə” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Seçilən
11
sportinfo.az

1Mənbələr