AZ

Azərbaycan çempionatının debütantında kanadalı oyunçu - FOTO

"DH Volley" qadın voleybol komandası Azərbaycan çempionatındakı debütü ərəfəsində heyətini formalaşdırmağa davam edir.

Sportinfo.az xəbər verir ki, komandanın növbəti yeni transferi kanadalı hücumçu Bruklin Olfert olub.

O, daha əvvəl vətənində – Thompson Rivers Universitetinin komandasında tələbə liqasında çıxış edib.

Olfert "DH Volley"in artıq beşinci legioneridir. Klub bundan əvvəl heyətini polşalı Natailya Qajevska, serbiyalı Yovana Çirkoviç, italiyalı Eleniya De Manqo və braziliyalı Sonali Sidrao ilə gücləndirib.

Azərbaycan

Seçilən
24
49
sportinfo.az

10Mənbələr