Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İyulun 1-dən Belarusda boz ayıların ovuna rəsmi icazə veriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Qərar 1991-ci ildən bəri ilk dəfə olaraq bu heyvanların sayının əhəmiyyətli dərəcədə artması ilə əlaqədar qəbul edilib. Ov mövsümü dekabrın 31-dək davam edəcək.
Qaydalara görə, ovda ən azı üç il təcrübəsi olan ovçular iştirak edə biləcəklər.
Nazirlikdən bildirilib ki, tədbir ayılarla yerli əhali arasında toqquşmaların qarşısının alınmasına yönəlib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.