Bakı. Trend:
İyulun 1-dən etibarən Belarusda boz ayıların ovuna rəsmi icazəveriləcək.
Trend xəbər verirki, bu barədə ölkənin Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Qərar 1991-ci ildən bəri ilk dəfə olaraq bu heyvanların sayındaəhəmiyyətli artım müşahidə olunması ilə əlaqədar qəbul edilib. Ovmövsümü dekabrın 31-dək davam edəcək.
Qaydalara əsasən, ayı ovunda yalnız ən azı üç il təcrübəsi olanovçular iştirak edə biləcəklər.
Nazirlikdən bildirilib ki, bu tədbir yerli əhali ilə ayılararasında toqquşmaların qarşısını almağa yönəlib.