AZ

Ağ Ev: “TikTok” satışı üzrə Çin ilə danışıqlar ən yüksək səviyyədə davam edir

“ABŞ və Çin arasında “TikTok” sosial şəbəkəsi ilə bağlı danışıqlar ən yüksək səviyyədə aparılır”.

“Report” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolayn Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

“Deyə bilərəm ki, “TikTok”un satışı ilə bağlı Çinlə danışıqlar ən yüksək səviyyədə aparılır, davam edəcək”, - deyə o qeyd edib.

ABŞ və Hindistan arasında ticarət sazişinin bağlanmasının perspektivləri ilə bağlı suala cavab olaraq, Levitt razılaşmaların təsdiq mərhələsində olduğunu vurğulayaraq, Amerika administrasiyasının buna çox yaxın zamanda münasibət bildirəcəyini bildirib.

“Hindistan ABŞ-nin Asiya-Sakit okean regionunda strateji müttəfiqi olaraq qalır və ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modi ilə çox yaxşı münasibətlər saxlayır”.

Seçilən
8
3
report.az

3Mənbələr