AZ

Hindistanda zavodda partlayış nəticəsində ölənlərin sayı 34-ə çatdı

BAKI. 1 iyul. TELEQRAF

Hindistanın cənubundakı Telanqana ştatında kimyəvi zavodda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə ANI agentliyi yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, daha əvvəl 10 nəfərin öldüyü bildirilirdi.

Onlarla yaralı xəstəxanada qalır. Ştat hökuməti hadisə ilə bağlı araşdırma aparılmasına göstəriş verib.

Yada salaq ki, iyulun 30-da səhər saatlarında “Sigachi Industries” zavodunda partlayış baş verib. Bu, sənaye binasının dağılmasına və böyük yanğına səbəb olub. Fövqəladə hadisə yerində dağıntıların təmizlənməsi hələ də davam edir.

Seçilən
20
10
teleqraf.com

9Mənbələr