Bakı. Trend:
Hindistanın cənubunda yerləşən Telanqana ştatında kimyəvizavodda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 34nəfərə yüksəlib.
Trend xəbər verirki, bu barədə Hindistan polisi rəsmi məlumat yayıb. Daha əvvəl 10nəfərin həyatını itirdiyi bildirilmişdi.
Partlayış bazar ertəsi səhər saatlarında ştatın SigachiIndustries adlı kimyəvi zavodunda baş verib. Nəticədə sənaye binasıtamamilə dağılıb və ərazidə böyük yanğın baş verib.
Onlarla yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerindədağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri davamedir.
Telanqana ştat hökuməti hadisə ilə bağlı rəsmi araşdırmaaparılması üçün göstəriş verib. İlkin versiyalara əsasən,partlayışa təhlükəli maddələrlə düzgün davranılmaması səbəb olabilər.