Yekaterinburqda qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovları qardaşlarının cənazəsi dəfn edilməsi üçün Ağcabədiyə gətirilib.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, cənazələr əvvəlcə vida mərasimi keçirilməsi üçün qardaşı evinə gətirilib.
Daha sonra amansızlıqla qətlə yetirilən Səfərov qardaşları ilə vida mərasimi keçirilib valideynlərinin də dəfn edildiyiHacıbədəlli kəndqəbristanlığında dəfn ediləcəklər.
Qeyd edək ki, ötən ayın 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib.
Basqın zamanı 2 azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta