Hindistanın cənubundakı Telanqana ştatında kimyəvi zavodda baş verən güclü partlayış nəticəsində 34 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə "ANI" agentliyi yerli polisə istinadən məlumat yayıb.
Hazırda onlarla yaralı xəstəxanalarda müalicə alır.
Hadisənin səbəbləri araşdırılır.