Ruslar aşağı gəlir və iqtisadi vəziyyətə görə uşaq sahibi olmaq istəmirlər.
AzPost bildirir ki, CSP “Platforma” və “Onlayn Müsahibə” şirkəti tərəfindən aparılan sorğu göstərib ki, 18-49 yaşlı respondentlərin 79%-i maliyyə amillərini əsas maneə hesab edir.
İştirakçıların yarısı gəlir səviyyəsinin aşağı olduğunu, 41%-i uşağın gələcəyi ilə bağlı qeyri-müəyyənliyi, 39%-i isə ölkədəki iqtisadi vəziyyəti qeyd edib.
Respondentlərin dörddə biri də uşaq sahibi olduqdan sonra işlərini itirməkdən qorxduğunu bildirib.