Bakı.Trend:
Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, hadisərayonun Salmanbəyli kəndi ərazisindən keçən hissəsində Qarabağkanalında baş verib.
Belə ki, kənd sakini Əmirov Anar naməlum şəraitdə kanalda batıb.A.Əmirovun axtarışına FHN-nin Aran Dalğıc Axtarış qrupu cəlbedilib. İlkin məlumata görə A.Əmirov içkili vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.