Hindistanın cənubundakı Telanqana ştatında kimyəvi zavodda baş verən güclü partlayış nəticəsində 34 nəfər həlak olub.
Moderator.az bu barədə "The Economic Times"a istinadən xəbər verib.
Qeyd olunur ki, hazırda onlarla yaralı xəstəxanalarda müalicə alır.
Fövqəladə xidmətin əməkdaşları hadisə yerində dağıntıları təmizləyirlər. Partlayışın hansı səbəbdən baş verdiyi açıqlanmır.