AZ

Bu dəfə qadın sərnişin taksi sürücüsünə qarşı görün nələr etdi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakıda taksi sürücüsünə eşq elan edən xanım sərnişin həmin anları qeydə alaraq sosial şəbəkə hesabında paylaşıb.

Belə ki, bir xanım taksi sürücüsünə qarşı etdiyi davranışları qeydə alaraq sosial şəbəkə hesabında paylaşması ilə gündəmə gəlib.

Avtosfer.az xəbər verir ki, uzun müddətdir sosial mediada əsasən sürücülərin xanım sərnişinlərə qarşı əxlaqsız hərəkətlər etməsi ilə bağlı şikayətlər yayılsa da, bu dəfə hadisə tam əks istiqamətdə baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişin xanım taksi sürücüsünə dəfələrlə komplimentlər yağdıraraq onun yaraşıqlı olduğunu bildirir və açıq şəkildə onunla münasibət qurmaq istədiyini dilə gətirir.

Sürücü peşəkarcasına davranaraq xanımın bu cür açıq təkliflərinə və diqqət yayındırıcı sözlərinə heç bir cavab vermədən, yola və işinə fokuslanıb. Sürücünün bu sakit və məsuliyyətli davranışı sosial şəbəkə istifadəçiləri tərəfindən təqdir edilib.

Digər bir videoda isə eyni xanım yenə sərnişin qismində olarkən kənardakı sürücülərə qarşı qeyri-etik hərəkətlər edib. Bu dəfə o, ağız mimikasını dəyişdirərək, sürücülərlə məzələnir, onları ələ salır və qəsdən sürücülərin diqqətini yayındırmağa çalışır. Hər iki videonun əsas xüsusiyyəti isə onların qəsdən çəkilməsi və sosial şəbəkələrdə paylaşılmasıdır ki, bu da əxlaqi və ictimai baxımdan ciddi narahatlıq doğurub.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
50
avtosfer.az

10Mənbələr