AZ

Vaxtı keçmiş kreditlərdə yüksəliş ... Sosial problemlərlə mübarizə aparan vətəndaş kreditini ödəyə bilmir

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Problemli kreditlərlə bağlı açıqlamalar vəziyyətin çox ciddiləşməsindən xəbər verir. Ola bilər ki, Mərkəzi Bank belə hesab etməsin, amma zamanla açıqlanan rəqəmlər bank müştərilərinin öhdəlikləri yerinə yetirməkdə çox çətinlik çəkdiyini göstərir. Hələ 2024-cü ilin dekabrında il ərzində vaxtı keçmiş kreditlərinin yükünün 13 faiz artdığı bildirilmişdi. Sonradan ortaya qoyulan statistikalar da durumun yaxşılığa doğru dəyişmədiyinə işarə vururdu.

Bizimyol.info xəbər verir ki, vaxt keçmiş kreditlər daha böyük problemə çevrilməyə başlayıb. Hər halda həcm böyüyür. Son bir ayda daha 1,1 faiz artım olub. İndi vaxtı keçmiş kreditlərin həcmi 508,3 milyon manatdır.

Bu haqda əvvəllər də yazmışıq. Bankların hesabatlarına nəzər yetirəndə ümumi məbləğin xeyli böyük olması qənaətinə gəlmək mümkündür. Bu maliyyə müəssisələri daha ciddi problemlə qarşılaşdıqlarını həm də rəqəmlərin dili ilə çatdırırlar. Mərkəzi Bankın hesablamaları isə bir az fərqlənir. Sanki məbləğ daha böyük olmalıdır.

Problemli kreditlər termini xüsusilə devalvasiyadan sonra populyarlaşmışdı. Manatın qəfildən dəyər itirməsi onminlərlə insanı pis vəziyyətdə qoymuşdu. Onda hökumətin müəyyən müdaxiləsi zərərin azalmasına az-çox xidmət göstərdi. Amma pandemiyadan sonra yenə arzuolunmaz situasiya yarandı. İş yerlərini itirən müştərilər banklar qarşısındakı öhdəliklərin yerinə yetirmək iqtidarında olmadı.

Pandemiyadan uzaqlaşmışıq, 9 il yarımdır devalvasiya da olmur. Bəs həcm niyə böyüyür? Çünki iqtisadiyyat geri gedir. Neft gəlirləri kəskin azalıb. Hasilatın azalması ayrıca söhbətin mövzusudur. Dövlət qurumları nə qədər müsbət mesajlar verməyə çalışsa da, statistik göstəricilər nikbin ruhda görünmür. Aşkar hiss olunur ki, sosial problemlərlə mübarizə aparan vətəndaş kreditini ödəyə bilmir.

Neft qiymətlərinin artması bir neçə gün çəkdi. Durumun yaxşılaşmasına ümidlər qəfildən yoxa çıxdı. Devalvasiya olacağı halda bank müştərilərinin vəziyyətini təsəvvür etmək olmur. Manatın növbəti dəyər itirməsi elə bu sektorun da iflic olması anlamına gələ bilər.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
bizimyol.info

1Mənbələr