AZ

Kreml çökən iqtisadiyyata dair məlumatları məxfiləşdirir

Rusiyada iqtisadiyyat və xarici ticarətlə bağlı məlumatları dövlət sirri kimi təsnif etmək qərarına gəliblər. Bundan sonra cəmiyyəti sakitləşdirmək üçün ancaq hakimiyyət üçün faydalı olan seçmə göstəricilər açıqlanacaq.

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Rusiya Federasiyasının kömür, neft emalı, tikinti, avtomobil və logistika sənayesində ciddi böhran prosesləri müşahidə olunur ki, bu da ümumilikdə federal büdcə gəlirlərinin təxminən 17%-ni təmin edir.

Hazırda Rusiya iqtisadiyyatının yarıdan çoxu durğunluq içindədir ki, ilk növbədə istehsal sənayesi çöküb. Əsas səbəb odur ki, müəssisələrin 40%-dən çoxunun öhdəlikləri mənfəətindən üç dəfə çoxdur.

Eyni zamanda, dövriyyə kapitalı kreditor borclarından getdikcə daha çox asılı olur. Çünki bank maliyyələşdirməsi çox baha başa gəlir və demək olar ki, əlçatmazdır.

Tural

Seçilən
6
2
news365.az

3Mənbələr