Uimbldon tenis turniri start götürüb.

Offsideplus.az xəbər verir ki, turnirin ilk günündə sürpriz nəticə yaşanıb. Son iki mövsüm burada yarımfinal oynayan Daniil Medvedev ilk turdaca mübarizəni dayandırıb. O, fransalı Benjamen Bonziyə məğlub olub - 6:7 (2), 6:3, 6:7 (3), 2:6.

Son iki ilin çempionu Karlos Alkaras da ilk turda çətinliklə qalib gəlib. O, təcrübəli Fabio Fonyini ilə görüşü 5 setdə qazana bilib - 7:5, 6:7 (6), 7:5, 2:6, 6:1.

İspaniyalı tennisçi 2-ci turda britaniyalı Oliver Tarvetlə qarşılaşacaq.