Yekaterinburqda qətlə yetirilən qardaşların heç biri iti alət və odlu silahla vurulmayıb, onlar küt alətlə vurulublar.
Bunu Yekaterinburqda qətlə yetirilən qardaşların meyitlərinin Azərbaycanda yenidən keçirilən ekspertizasının nəticəsini açıqlayarkən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov deyib.
Onun sözlərinə görə, ekspertizanın rəyinə əsasən, meyitlərin xarici və daxili müayinəsində çoxlu travmalara rast gəlinib.
Ədalət Həsənov bildirib ki, dünən meyitlər axşam saatlarında Birliyin şöbəsinə qəbul edilib və meyitlərin müayinəsi gecəyarısı başa çatıb:
“Biz ekspertiza zamanı Səfərov Hüseyn Mehdi oğlunun bədənində xarici və daxili travmalar aşkarladıq. Sümüklərin yerdəyişmiş sınığı var, döş qəfəsi deformasiyaya uğrayıb. Gözətrafı nahiyədə gicgahdan başlayan böyük hematoma, üst və alt dodağın selikli qişasında qançırlar, alnın sağ və sol qaşüstü nahiyələrində sıyrıqlar, döş qəfəsinin arxa səthinin sağ kürək nahiyəsində, yuxarı ətraflarda qançırlar. Xayalıqda qançırlar. Aşağı ətraflarda, budda qançır və sıyrıqlar aşkarlandı”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta