AZ

Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu keçirilir

Ağdam rayonunda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Həftəsi çərçivəsində İƏT-in Gənclər Forumu keçirilir.

Operativ Media xəbər verir ki, Forumun məqsədi İƏT ölkələrindən olan gəncləri regional dialoqa cəlb etmək, müvafiq məsələlərin həll yollarını təklif etmək və tövsiyələr toplusunu təqdim etməklə qərarların qəbuluna təsir göstərməkdən ibarətdir.

Tədbirdə iqtisadi və ticari əməkdaşlıq, davamlılıq və texnologiya, insan inkişafı və insanlar arasında dialoq məsələləri müzakirə olunacaq.

Forumda təşkilata üzv olan 9 dövlətdən 50-yə yaxın gənc, dövlət orqanlarının nümayəndələri, İƏT rəsmiləri və ekspertlər iştirak edirlər.

Seçilən
16
25
operativmedia.az

10Mənbələr