AZ

İƏT sammitinin gedişində "Təmiz" Enerji Mərkəzi rəsmən işə salınacaq - Baş katib (ÖZƏL)

İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısının gedişində “Təmiz” Enerji Mərkəzi rəsmi şəkildə işə salınacaq.


Bunu Trend-ə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Əsəd Məcid Xan İqtisadi Əməkdaşlıq Təşkilatının Ağdamda keçirilən “Dayanıqlı və iqlimə davamlı gələcəyin qurulmasında gənclərin rolunun gücləndirilməsi” mövzusunda Gənclər Forumu çərçivəsində açıqlamasında deyib.


“İlk növbədə onu qeyd etməliyəm ki, Azərbaycan İƏT sammitinə artıq üçüncü dəfədir ki, ev sahibliyi edir. Daha əvvəl ölkədə iki sammit keçirilib, lakin budəfəki zirvə toplantısının xüsusi əhəmiyyəti var – çünki Qarabağda təşkil olunur. Prezident İlham Əliyevin təşəbbüsü və liderliyi sayəsində bu il ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatı Həftəsi keçirilir. Bu həftə çərçivəsində yalnız sammit deyil, eyni zamanda Gənclər Forumu, Qadın Forumu və geniş maraqlı tərəflərin iştirakı ilə Biznes Forumu da təşkil olunub. Bütün bu tədbirlər İqtisadi Əməkdaşlıq Təşkilatının qarşıdakı on ili ehtiva edən ortaq gələcək baxışının formalaşdırılmasına yönəlib”, – deyə Əsəd Məcid Xan bildirib.

Onun sözlərinə görə, Azərbaycan ənənəvi olaraq İƏT fəaliyyətində vacib və aktiv rol oynayır.

“Hazırki zirvə toplantısı çərçivəsində İƏT-in “təmiz” enerji mərkəzinin də rəsmi olaraq işə salınması da nəzərdə tutulur. Bu mərkəzin yaradılması artıq bir sıra üzv dövlətlər tərəfindən təsdiqlənib və ratifikasiya olunub. Bu baxımdan da sammit xüsusi əhəmiyyət daşıyır. Və nəhayət – bu xüsusilə vacibdir – sammit dünyada ciddi geosiyasi dəyişikliklərin baş verdiyi dövrdə keçirilir. Bu da görüşü xüsusilə vaxtında edir və region liderlərinin şəxsən görüşməsi, fikir mübadiləsi aparması və İƏT-in gələcək fəaliyyəti üçün istiqamət müəyyən etməsi baxımından yaxşı imkan yaradır”, – deyə o əlavə edib.

Seçilən
6
50
ekologiya.az

10Mənbələr