“Moskva “Sputnik Azərbaycan”ın saxlanılan əməkdaşlarının azadlığa buraxılmasına ümidlər bəsləyir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu gün keçirilən gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
Kremlin sözçüsü tərəflər arasında dialoqun davam etməsinin, münasibətlərin qorunması və inkişaf etdirilməsi üçün vacib olduğunu qeyd edib.
Qeyd edək ki, “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) DİN-in keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı 7 nəfər saxlanılıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta