AZ

Türkiyədə ard-arda iki zəlzələ olub

Bakı. Trend:

Bu gün yerli vaxtla saat 11:47 və 12:57-də Türkiyənin Bursavilayətində 3,9 və 4,2 bal gücündə iki zəlzələ baş verib.

Trend xəbərverir ki, İstanbul da daxil olmaqla, bir çox bölgədə hiss edilənyeraltı təkanların episentri Bursanın Gemlik rayonudur.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD)məlumatına görə, zəlzələlərin ocağı yerin 9,82 və 10,14 kilometrdərinliyində qeydə alınıb.

Ölkənin daxili İşlər naziri Ali Yerlikaya verdiyi açıqlamadabildirib ki, zəlzələ ilə bağlı olaraq AFAD və digər aidiyyətiqurumlar sahə yoxlamalarına başlayıblar. Hazırda hansısa mənfi halqeydə alınmayıb.

Seçilən
54
50
az.trend.az

10Mənbələr