Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
Yenisabah.az xəbər verir ki, Xidmət 24 mart 2020-ci ildən Azərbaycanda olan və COVID-19 pandemiyası ilə əlaqədar ölkəni tərk edə bilmədiyi üçün DMX-nin müvəqqəti olma müddətini uzatdığı və ölkədə olmaları qanuni hesab edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə iyulun 31-dək möhlət verib.
Sözügedən şəxslər Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilən əsaslardan biri olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və ya ölkə ərazisini tərk etməlidirlər. Dominos pizza
Telegram kanalımız