AZ

Fabrikdə reaktor partlayıb, 36 işçi həlak olub

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hindistanda reaktorun partladığı fabrik 90 gün müddətinə bağlanacaq.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ötən gün Hindistanın Telanqana əyalətində kimya fabrikində baş vermiş partlayış və ardınca baş verən yanğın nəticəsində ölənlərin sayı 36-ya çatıb.

Yanğınsöndürmə rəsmiləri reaktorun partlaması nəticəsində çoxlu sayda insanın yaralandığını bildirib.

Səlahiyyətlilər, partlayışdan sonra baş verən yanğının söndürüldüyünü və dağıntıların çıxarılması işlərinin davam etdiyini, fabrikdə çalışan işçilərin olub-olmadığını müəyyən etmək üçün araşdırma aparıldığını bildirib.

Digər tərəfdən, Sigachi Industries, əsas istehsal infrastrukturu zədələnən fabrikin 90 gün müddətinə bağlanacağını açıqladı.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
icma.az

1Mənbələr