AZ

Gəncədə 51 yaşlı qadın evində yıxılaraq HƏYATINI İTİRDİ

Gəncə şəhərində qadın bədbəxt hadisə nəticəsində ölüb.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin keçmiş məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbədə baş verib. Qəsəbədə məskunlaşan Xocalı rayon sakini, 1974-cü il təvəllüdlü Nailə Bağırova yaşadığı evdə ehtiyatsızlıqdan yıxılıb.

Ağır kəllə-beyin travması ilə xəstəxanaya aparılan qadının həyatını xilas etmək mümkün olmayıb. N.Bağırova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

Bizim.Media

Seçilən
36
50
bizim.media

10Mənbələr