AZ

İstehlakçıların NƏZƏRİNƏ: Əgər evinizə çağırdığınız fərdi usta işini keyfiyyətlə görməyibsə, mütləq bu addımı atın…

“Fiziki və ya hüquqi şəxs olmasının fərqinə varmadan, Azərbaycan ərazisində fəaliyyət göstərən və gəlir əldə edən bütün şəxslər vergi ödəməyə borcludur. Vergi ödənişi yalnız həmin şəxs Vergilər Nazirliyinin rəsmi reyestrində vergi ödəyicisi kimi qeydiyyata alındıqdan sonra mümkündür”.

Bu fikirləri hüquqşünas Ramil Süleymanov KONKRET.az-a açıqlamasında səsləndirib.

Bəraət

“Bu proses zamanı ona Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) verilir. Beləliklə, kimliyindən asılı olmayaraq hər bir şəxs Azərbaycanda fəaliyyət göstərib gəlir qazanırsa, mütləq şəkildə vergi orqanlarında qeydiyyata düşməli, VÖEN almalı və qanunvericiliklə müəyyən olunmuş qaydada vergi ödəməlidir”.

Hüquqşünas Tağı Hüseynov isə bildirib ki, sifarişlə mebel və digər xidmət növləri təqdim edən şəxslər mütləq şəkildə müştəri ilə yazılı müqavilə bağlamalıdır. Müqavilədə sifarişin şərtləri, yerinə yetirilmə müddəti, ödəniş məbləği və qaytarılma mexanizmi açıq şəkildə göstərilməlidir. Eyni zamanda, müştəriyə ödənişi təsdiqləyən sənəd, çek, qəbz və ya qaimə təqdim olunmalıdır.

Hüquqşünas

“Bu kimi mübahisələrdə, xüsusən də işin nöqsanlı olduğunu təsdiq edən foto və video sübutlar təqdim edildikdə, məhkəmənin sifarişçini haqlı saymaq ehtimalı yüksəkdir. Müqavilə və ödənişi təsdiqləyən sənədlər təqdim edilərsə, mebelin qüsurları sübut olunarsa, sifarişçinin məhkəmədə qalib gəlməsi mümkündür. Bu, həm də fərdi ustalar üçün xəbərdarlıq kimi dəyərləndirilir, rəsmi sənədsiz fəaliyyət nəinki vergi pozuntusudur, həm də gələcək hüquqi mübahisələrdə ciddi risklər yaradır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
7
1
konkret.az

2Mənbələr