AZ

Qolu gipsdə olan Devid Bekhem TENNİS TURNİRİNDƏ

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Ötən ayın 27-də əməliyyat olunan İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem yeni görüntüləri diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, o qolu gipsdə olduğu halda Londonda keçirilən Uimbildon Tennis "Uimbldon Tennis Turniri"nə qatılıb. 

Məşhur bu vəziyyətdə belə "DAZN Football"a açıqlama verib.

Futbolçu keçirdiyi əməliyyatdan danışıb. 

"Bir neçə gün əvvəl əməliyyat olundum. Yadınızdadırsa, 23 il əvvəl Cənubi Afrikada İngiltərə yığmasında oynayarkən qolumu sındırmışdım. Vint taxılmışdı. Vint çıxarılmalı idi və bir neçə gün əvvəl çıxarıldı. Göründüyü kimi pis deyil" -deyə Bekhem bildirib. 

Xatırladaq ki, 50 yaşlı sabiq yarımmüdafiəçi "Mançester Yunayted", "Real", "Milan", PSJ və "LA Galaxy" klublarında çıxış edib. İngiltərə millisinin heyətində 115 matça çıxan sabiq futbolçu hazırda MLS təmsilçisi "İnter Mayami"nin prezidentidir.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
baku.ws

2Mənbələr