AZ

“PAŞA Holding” 22 min nəfərdən çox işçisi olduğunu açıqladı

2024-cü ilin sonunda “PAŞA Holding” MMC-nin cəmi aktivlərinin məbləği 23,3 milyard manata çatıb.

Marja.az Holdinqə istinadən xəbər verir ki, ötən il  “PAŞA Holding” 2,3 milyard manat və ya 13,6% böyüyüb.  

“PAŞA Holding” 2023-cü ilin sonunda 20,5 milyard manat cəmi aktivlərə malik idi. 

31 dekabr 2024-cü il tarixində Holdinq 2,98 milyard manat cəmi kapitala malik olub. 

2024-cü ildə 2023-cü illə müqayisədə "PAŞA Holding"in cəmi gəliri 670 milyon manat və ya 28% artaraq  3,07 milyard manat olub.  

31 dekabr 2024-cü il tarixinə "PAŞA Holding"in Azərbaycanın bank sektorunda aktivlər üzrə bazar payı 36.97% təşkil edib. 

31 dekabr 2024-cü il tarixinə Qrup üzrə cəmi işçilərinin sayı 22 min nəfərdən çox olub. Ötən il "PAŞA Holding"in işçilərinin sayı 2 min nəfərdən çox artıb. 

“PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti öz törəmə şirkətləri vasitəsi ilə bankçılıq, sığorta, tikinti, informasiya texnologiyaları, daşınmaz əmlak və turizm sektorlarına sərmayə yatırır.

Seçilən
8
marja.az

1Mənbələr