BAKI, 1 iyul. TELEQRAF
Bakıda həbs edilən “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və baş redaktor Yevgeniy Belousovun adı Ukraynın ekstremist saytının məlumat bazasına daxil edilib.
Teleqraf xəbər verir ki, “Sülhməramlı” adlanan ekstremist sayt 2014-cü ildə yaradılıb.
Bazaya saytın müəllifləri tərəfindən mənfi qiymətləndirməyə səbəb olan jurnalistlər, sənətçilər və siyasətçilər daxil edilir.
İqor Kartavıx və Yevgeniy Belousov “müharibə təbliğatçısı” kimi bazaya daxil ediliblər.