Bakı, 1 iyul, AZƏRTAC
Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) U-18 çempionatında iştirak edən oğlanlardan ibarət Azərbaycan millisi 1/4 finala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, Latviyanın Cesis şəhərində təşkil olunan yarışda yığma (İbrahim Məmmədov / Muhəmməd Aslanlı) pley-off mərhələsində Litva ilə qarşılaşıb.
Gərgin keçən görüş millinin 2:1 (21:19, 17:21, 17:15) hesablı qələbəsi ilə başa çatıb və komandamız növbəti mərhələyə yüksəlib.
Azərbaycan seçməsi 1/4 finalda ev sahibi Latviya yığması ilə qarşılaşacaq.