AZ

Mingəçevir sakinini elektrik cərəyanı vurdu

Mingəçevirdə bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.

Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Samux küçəsində, Rezin zavodu ərazisində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Nəbiyev Samir Səlman oğlu zavodda söküntü işləri apardığı zaman elektrik cərəyanı onu vurub.

O, hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Seçilən
32
metbuat.az

1Mənbələr