AZ

Sənətə həsr edilən ömür- Əməkdar rəssam Rəhim Məmmədov

İstanbul, 1 iyul, Günel Karatepe, AZƏRTAC

Yəqin ki, rəssamlıq mənim qanımda var. Hələ kiçik yaşlarımdan yerə uzanıb tapdığım hər kağız parçasında rəngli qələmlərlə cızma-qaralar etdiyimi xatırlayıram…

Bu fikirlər Azərbaycanın Əməkdar rəssamı Rəhim Məmmədovun AZƏRTAC-a verdiyi son müsahibəsində yer almışdı.

Azərbaycan mədəniyyətinin yorulmaz təbliğatçılarından olan Rəhim Məmmədov iyunun 28-də 98 yaşıda uzun illər yaşadığı Türkiyədə gözlərini əbədi yumub.

O, qardaş ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Kayserinin Erciyes Universitetində İncəsənət fakültəsini yaradanlardan olub. Rəssamın əsərləri 1958-ci ildən başlayaraq dünyanın fərqli bölgələrində çoxsaylı sərgilərdə nümayiş etdirilib. Bu sərgilərdə onun heykəl, mozaika işləri ilə yanaşı, yağlı boya ilə çəkilən “Bakılı qız”, “Təcrübə”, “Anamın portreti” kimi bir çox olduqca diqqət çəkən rəsmləri də yer alıb. Rəssam Türkiyədə “Saküder” Beynəlxalq Sənət və Sənətkarlar Birliyi Dərnəyi tərəfindən “2022-ci il sənət” mükafatına layiq görüb. Onun əsərləri Türkiyə ilə yanaşı dünyanın müxtəlif ölkələrinin muzey və kolleksiyalarında yer alır.

Qeyd edək ki, 97-ci doğum gününü qeyd etməyə hazırlaşan rəssam uzun illərdən sonra ilk müsahibəsini məhz AZƏRTAC-a verib. 

Seçilən
11
azertag.az

1Mənbələr