AZ

Kepa Arrisabalaqa rəsmən "Arsenal"da

“Arsenal” klubu heyətini qapıçı Kepa Arrisabalaqa ilə gücləndirib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İspaniyalı qolkiperlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Mətbuatda yer alan xəbərlərə görə, “Arsenal” 30 yaşlı qolkiper üçün “Çelsi”yə 5.85 milyon avro ödəyib.

Arrizabalaqa 2024/2025 mövsümünü icarə əsasında "Bornmut"da keçirib. Bu müddət ərzində o, bütün yarışlarda 35 oyun keçirib, doqquz qapını təmiz saxlayıb. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 10 milyon avrodur.

Seçilən
35
90deqiqe.az

1Mənbələr