AZ

Niyə bəzi məhsulların ƏDV-si olmur və vətəndaşa geri qaytarılmır? – İLGİNC SƏBƏB

“Azərbaycanda vətəndaşlara alış-veriş zamanı ödənilən Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılması sistemi tətbiq olunur. Lakin bəzi məhsullar bu sistemə daxil deyil. Bunun əsas səbəbi həmin məhsulların ümumiyyətlə ƏDV-dən azad olunmasıdır”.

Bu sözləri iqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bildirib.

Əkrəm

“Qanunvericiliyə əsasən, kənd təsərrüfatı məhsulları, bəzi dərman vasitələri, eləcə də maliyyə xidmətləri (məsələn, bank kreditləri) və sığorta əməliyyatları ƏDV-dən azaddır. Bu isə o deməkdir ki, vətəndaş bu məhsul və ya xidmətləri alarkən ƏDV ödəmədiyi üçün ona  heç nə geri qaytarılmır”.

Ekspert vurğulayır ki, bu hallar əslində bir növ güzəştdir.

“Əgər bu məhsullara ƏDV tətbiq olunsaydı, vətəndaş həmin qiymətin üstünə əlavə 18 faiz də ödəməli olacaqdı. Bu zaman məbləğin bir hissəsi geri qaytarılacaqdı. Ancaq hazırkı durumda, ümumiyyətlə, ƏDV tutulmadığı üçün geri qaytarılan hissə də olmur. Beləliklə, vətəndaş bu məhsulları alarkən əlavə vergi yükündən azad olur və son nəticədə qazanan tərəfə çevrilir”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
11
1
konkret.az

2Mənbələr