AZ

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

"Atletiko Madrid" Sezar Aspilikuetanın ardından daha bir təcrübəli oyunçusu ilə vidalaşıb.

Fanat.Az xəbər verir ki, Aksel Vitsel son üç mövsümü keçirdiyi Madrid klubundan ayrılıb.

Bu barədə klub öz saytında məlumat yayıb.

Belçikalı yarımmüdafiəçi iyunun 30-da Dieqo Simeonenin komandası ilə müqaviləsinin müddəti başa çatdıqdan sonra azad agent statusuna yiyələnib. Tərəflər yeni müqavilə imzalamamaq qərarına gəliblər.

Vitsel "Atletiko"da keçirdiyi 3 mövsüm ərzində bütün yarışlarda 116 oyuna çıxıb və 3 qol vurub. 

Mirağa

Seçilən
10
fanat.az

1Mənbələr