Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakıda daha bir ərazidə yolda çökmə baş verib.
Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilib ki, Nəsimi rayonu,Cavadxan küçəsində yolun ortasında qoyulan quyunun kənarı deşilib. Bu da ətrafda olan insanlar üçün ölüm təhlükəsi yaradır.
"Hər gün gedib-gəldiyimiz yol bu vəziyyətdədir. Dəfələrlə demişik, tədbir görən yoxdur", - deyə vətəndaş qeyd edib.
Məlumat daxil olan kimi dərhal BAKU.WS olaraq araşdırma apardıq. Məlum oldu ki, sözügedən quyu rabitə quyusudur.
Məsələ ilə əlaqədar aidiyyatı quruma məlumat verildi. Ümid edirik ki, Bakıda daha bir insan quyuya düşüb, həyatını itirməyənə qədər problem həll edilər.
Xatırladaq ki, yunun 26-da 27 yaşlı Cümşüd Cümşüdlü Binəqədi rayonu, "Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşmüşdü. Onun nəşi 2 gün sonra tapıldı.
Ziya SƏCCAD
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.