Rusiyanın Rostov vilayətinin Aksay şəhərində dəhşətli hadisə baş verib. Sərxoş vəziyyətdə olan və müharibədən yeni qayıtmış rusiyalı kişi 50 yaşlı İqor Bublikov adlı şəxsi arvadının gözü qarşısında amansızlıqla döyərək qətlə yetirib.
KONKRET.az xəbər verir ki, insident yerli barlardan birində mübahisə ilə başlayıb və daha sonra küçədə davaya çevrilib. Şahidlərin sözlərinə görə, müttəhim əvvəlcə Bublikova sifət nahiyəsindən zərbə endirib, ardınca isə o, huşsuz vəziyyətdə yerə yıxıldıqdan sonra döyməyə davam edib.
Hadisənin iştirakçıları bildiriblər ki, həmin şəxs son dərəcə aqressiv davranıb və «müharibədən qayıtmışam, haqqım var» deyə qışqırıb. İqor Bublikov bir neçə gün sonra huşsuz vəziyyətdə xəstəxanada həyatını itirib.
Natiq Səlim,
KONKRET.az