Xaçmazda yeniyetmə anasını bıçaqlayaraq qətlə yetirib.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz rayonunun Qadaşoba kəndində baş verib.
Belə ki, 1982-ci il təvəllüdlü Lətifova Kifayət Nadir qızı yeniyetmə oğlu tərəfindən çoxsaylı bıçaq zərbələri alaraq qətlə yetirilib.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Pataloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Asiman Qaraca