AZ

“Koroğlu” yaxınlığındakı qanunsuz parkinqi taksilər üçün ayırmaq olar TƏLİMÇİDƏN TƏKLİF VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Ötən günlərdə “Koroğlu” metro stansiyası yaxınlığındakı “Alov fontanı” parkı ətrafında baş verən qayda pozuntuları ilə bağlı xəbər dərc etmişdik. Piyadalar Xəlil Rza Ulutürk küçəsində taksidən düşərək metro istiqamətində irəliləmək istəyərkən özlərini təhlükəyə atırlar.

Yaranan problemlə əlaqədar təlimçi Arzu Babazadə Avtosfer.az-a müraciət edərək bildirib ki, əslində ərazidə taksilərin dayanmaları üçün uyğun şərait var:

“Bu ərazi bomboş qalıb, ödənişli olması ilə bağlı lövhə qoyulub. Amma bura “Azparking”ə, dövlətə aid deyil. Balaca bir daxma da qoyublar ki, işçi oradan nəzarət edə bilsin. Yolun digər hissəsində isə taksilər dayanmağa yer tapmır, sərnişinləri yolun ortasında düşürməli olur. Piyadalar da qaçır maşınların təkərlərinin altına. Bu ərazidə qanunsuzluq hökm sürür. Bu boş ərazidə taksilər üçün rahat şərait yaradıla bilər. Bu dəfə heç olmasa ödənişsiz ərazi təşkil edilə bilər. Lap elə dar gündə ödənişli də etmək mümkündür. Gündəlik hər sürücü üçün 1 manat yığmaq olar. Sürücü gün ərzində limitsiz sərnişin mindirib-düşürmək üçün əraziyə girsin, düşürüb çıxsın və sadəcə 1 manat ödəsin. Taksilər üçün də bu şərait uyğun olar”.

Arzu Babazadənin fikirlərini ifadə etdiyi həmin videonu sizə təqdim edirik:

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
avtosfer.az

1Mənbələr