AZ

İran Rusiyaya etimadını itirir: “Strateji tərəfdaşlıq beləmi olur?”

İran parlamentinin sabiq sədr müavini Əli Motəhhari Rusiyanın “strateji tərəfdaşlıq” iddialarını tənqid atəşinə tutub.

KONKRET.az xəbər verir ki, Motəhhari “X” sosial şəbəkəsində paylaşımında yazıb: Rusiya S-400 hava hücumundan müdafiə sistemini Türkiyə və Səudiyyə Ərəbistanına təhvil verib, lakin bu silahı İrana verməkdən imtina edir. Onun sözlərinə görə, İran Ukrayna müharibəsində Rusiyaya dronlarla dəstək versə də, Moskva S-400 sistemlərini verməkdən çəkinir. Bunun səbəbi isə Rusiyanın həmin silahların İsrailə qarşı istifadə olunacağından ehtiyat etməsidir.

Sabiq siyasətçi ironik şəkildə əlavə edib: “Putinin İslam Respublikası ilə öyündüyü ‘strateji tərəfdaşlıq’ məhz belə görünür”.

Natiq Səlim,
KONKRET.az

Seçilən
4
1
konkret.az

2Mənbələr