AZ

Yük və minik maşınları toqquşdu - Xəsarət alanlar var

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.az" “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Şərq qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “MAN” markalı yük maşını “Nissan” markalı minik maşını ilə toqquşub.

Nəticədə minik maşınında olanlar 1977-ci il təvəllüdlü Abdullayev İlham İsgəndər oğlu və 1989-cu il təvəllüdlü Umudzadə Rəşail  Şamil oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
14
50
olke.az

10Mənbələr